Sizin Reklam Burada

Tehranın Bakıya münasibəti: nə gözlənilir?

Tehranın Bakıya münasibəti: nə gözlənilir?İranda prezident hakimiyyətə deyil, hökumətə başçı olur. Dövlətin həqiqi başçısı isə İranın rəhbəridir. İran konstitusiyasına görə prezident ölkənin ikinci rəsmi şəxsidir. Yəni icraedici şəxsdir, qərar verən deyil. Bir sözlə, İran prezidentləri Azərbaycan-İran münasibətlərinin formalaşmasında, yaxud pozulmasında heç bir aparıcı rola malik olmayıb.

Bu sözləri Axar.az-a açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan İranda keçiriləcək prezident seçkiləri ilə bağlı danışarkən deyib.

Növbədənkənar seçkilərdə kimin seçiləcəyini proqnozlaşdıran siyasi şərhçi İranda son 20 ildə islahatçı və mühafizəkar prezidentlərin bir növ növbələşmə ilə dövlət idarəçiliyində iştirak etməsinə diqqət çəkib:

“Ruhani islahatçı partiyadan olsa da, ondan əvvəlki Mahmud Əhmədnejad mühafizəkar partiyaya məxsus idi. Həmçinin Xatəmi islahatçı xəttə mənsub olub. Bildiyimiz kimi, həlak olan İbrahim Rəisi də mühafizəkar cərəyanın nümayəndəsi idi. Fikrimcə, hakimiyyət İranın hazırkı sosial iqtisadi vəziyyətini nəzərə alaraq, mövcud rejimə az da olsa müxalif olacaq siyasi fiqurun prezident olmasına icazə verməyəcək. Ona görə də növbədənkənar prezident seçkilərində Xameneiyə yaxın şəxsin namizədliyi qəbul olunacaq. İran qanunlarına görə, dini rəhbər hər hansı səbəbdən vəzifəsini icra edə bilmədikdə, növbəti ali dini rəhbər seçilənə qədər postdakı prezident onun əvəzləyicisi və səlahiyyətli şəxsdir. Bu səbəbdən həmin şəxsin siyasi elita tərəfindən qəbulu vacibdir”.

O, İran hökumətinin Azərbaycana münasibətinə də toxunub:

“Biz ötən 4 ildə, xüsusilə də Vətən müharibəsindən sonra Azərbaycan-İran münasibətləri necə mütəhərrik və dəyişkən xarakterdə davam etdiyini, bu proseslər zamanı Tehranın mövqeyini aydın şəkildə gördük. Sonrakı dövrdə Tehran Bakı ilə bağlı buraxdığı səhvləri düzəldirmiş kimi görünməyə çalışdı. “Xudafərin” və “Qız Qalası” hidroqovşağının açılış mərasimində hər iki dövlət başçısının iştirakı ümidverici addım sayılır, amma münasibətin formalaşması birbaşa və ancaq İran prezidentinin qərarına bağlı deyil. Ona görə də hesab edirəm ki, gələcəkdə də iki ölkə münasibəti Xameneinin xarici siyasətindən asılı olacaq”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər