Sizin Reklam Burada

ABŞ Gürcüstanı xarici agentlər haqqında qanuna görə hədələyib

ABŞ Gürcüstanı xarici agentlər haqqında qanuna görə hədələyibAmerika hakimiyyəti hesab edir ki, Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu ölkənin Avropaya inteqrasiyasına mane olacaq.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ABŞ bu addımı pisləyir. Millerin fikrincə, sənədin qəbulu Gürcüstanı Avropaya inteqrasiya yolundan uzaqlaşdırıb. O, hakim “Gürcü arzusu” partiyasının “gürcü xalqının Avro-Atlantik istəklərinə” məhəl qoymadığını vurğulayıb.

Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri qeyd edib ki, bütün bu hərəkətlər ABŞ və Gürcüstan arasında münasibətləri təhlükə altına qoyur.

O xatırladıb ki, ABŞ dövlət katibi Antoni Blinken “Gürcüstanda demokratik prosedurlara və institutlara xələl gətirənlərə” qarşı viza məhdudiyyətləri tətbiq etmək niyyətindədir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər