Parlamentin Hüquq Komitəsi Prezidentin vetosu dəf edib
Dərc olunub:
27-05-2024, 16:46
Bu gün Gürcüstan parlamentinin hüquq komitəsi prezidentin "xarici təsirin şəffaflığı" haqqında qanuna veto qoymasının ləğv edilməsini təsdiqləyib.
Avrasiya.net xəbər verir ki, məsələ sabah plenar iclasda müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili hakim "Gürcü Arzusu" partiyasının təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanuna veto qoymuşdu. Prezident müvafiq qanunu "Rus qanunu" olaraq dəyərləndirib.