Başqırdıstanda ermənilərlə ruslar arasında kütləvi dava

Başqırdıstanda ermənilərlə ruslar arasında kütləvi davaRusiya Federasiyasının Başqırdıstan Respublikasında Ukraynada döyüşmüş iki nəfərə hücum edilib.

Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

“Hərbi əməliyyatın iki iştirakçısına hücum edilib. Yerli sakinlər onların müdafiəsinə qalxıb, bu da kütləvi davaya gətirib çıxarıb”, - məlumatda qeyd olunub.

Polisin məlumatına görə, münaqişə İlişevski rayonundakı kafelərin birində baş verib. Bildirilib ki, müştərilərin özlərini yaxşı aparmaması kafe rəhbərliyi ilə onlar arasında dayava gətirib çıxarıb.

Müharibədən qayıdan şəxslərin dava etdiyi şəxslərin Ermənistan vətəndaşları olduğu qeyd edilib.

Erməni mediası yazıb ki, ermənilər rus hərbçiləri təhqir ediblər, yerli sakinlər isə onlardan Rusiya-Ukrayna müharibəsi iştirakçılarından üzr istəmələrini tələb ediblər. Tələblərinə cavab verilmədiyi üçün dava baş verib. Davada 100-dən çox şəxsin iştirak etdiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər