Sizin Reklam Burada

İrəvanda vəziyyət gərginləşir: 67 etirazçı saxlanılıb

İrəvanda vəziyyət gərginləşir: 67 etirazçı saxlanılıb“Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarları Ermənistanın paytaxtı və regionlarında vətəndaş itaətsizliyi aksiyaları keçirirlər.

İrəvanda ümumilikdə 67 etirazçı saxlanılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a polisin mətbuat xidməti mayın 27-si saat 08:55-ə olan məlumata istinadən bildirib.

Bazar ertəsi səhər arxiyepiskop Baqrat Qalstanyanın başçılıq etdiyi “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarları Ermənistanın paytaxtında və regionlarında vətəndaş itaətsizliyi aksiyalarına başlayıb, İrəvanda dövlətlərarası magistral yolları, rayonlararası yolları və küçələri bağlayıblar. Bir müddət sonra polis Ermənistan paytaxtında etirazçıları saxlamağa başlayıb.

Xatırladaq ki, Ermənistanda etiraz aksiyaları aprelin 19-da İrəvanla Bakı arasında Tavuşla sərhədin delimitasiyası ilə bağlı əldə olunmuş razılığın məlum olmasından sonra başlayıb.

Daha sonra Tavuşdan İrəvana yürüşə rəhbərlik edən arxiyepiskop Baqrat Qalstanyan baş naziri istefaya çağırıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər