Abxaziya və Cənubi Osetiya azad ediləcək - Baş nazir
Dərc olunub:
27-05-2024, 07:53
Gürcüstan Baş naziri İrakli Kobaxidze 2030-cu ilə qədər Abxaziya və Cənubi Osetiya problemini həll edərək, ölkənin ərazi bütövlüyünü bərpa etməyi planlaşdırdıqlarını bəyan edib.
Gürcüstan mətbuatı xəbər verir ki, İrakli Kobaxidze 26 May Müstəqillik Günü ilə bağlı çıxışında deyib ki, məqsədləri “vəd edilmiş torpaqlar”ın qaytarılmasını və ya “Gürcü Arzusu”nu Gürcüstanın müstəqilliyinin 40-cı ildönümündə reallaşdırmaqdır.
Baş nazir bildirib ki, söhbət konkret 2030-cu ildən gedir: "2030-cu ildə abxaz və osetin qardaş və bacılarımızla vahid və güclü Gürcüstanda yaşamaq arzumuzdur. Vahid və güclü Gürcüstan Avropa ailəsinin tam hüquqlu üzvü olmalıdır".