Türkiyədə dəhşətli qəza: 10 ölü, 39 yaralı
Dərc olunub:
27-05-2024, 00:36
Türkiyənin Mersin-Adana magistralında, Tarsus ilçəsi yaxınlığında baş verən zəncirvari avtomobil qəzasında 10 nəfər ölüb, 39 nəfər isə xəsarət alıb.
Türkiyə mediası xəbər verir ki, ağır qəza Yenicə səmtində baş verib.
Qəza yerinə xeyli sayda təcili yardım briqadası, polis və xilasedicilər cəlb edilib.
Hadisənin təfərrüatı araşdırılır.