Parlament Zurabişvilinin vetosunu ləğv edir
Dərc olunub:
24-05-2024, 18:20
Mayın 27-də Gürcüstan parlamenti Prezident Salome Zurabişvilinin “Xarici agentlər haqqında” qanuna vetosunu ləğv etmək proseduruna başlayacaq.
Bu barədə Gürcüstanın qanunverici orqanınının saytında deyilir.
Məlumata görə, həmin gün yerli vaxtla saat 09:00-da parlamentin Hüquq Məsələləri Komitəsinin iclası nəzərdə tutulub. Komitənin müzakirə etməli olduğu ilk məsələ prezidentin “Xarici agentlər haqqında” qanuna veto qoymasıdır. Komitə vetonun ləğvini təsdiqləsə, məsələ mayın 28-də plenar iclasa çıxarılacaq.