İstanbulda silahlı toqquşma - Ölü və yaralılar var
Dərc olunub:
24-05-2024, 08:25
İstanbulda bir kafedə iki qrup arasında silahlı qarşıdurma baş verib. İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.
Avrasiya.net xəbər verir ki, qarşıdurma ilə bağlı İstanbul Valiliyindən açıqlama verilib.
Bildirilib ki, hadisə yerli vaxtla saat 20:10 radələrində şəhərin Üsküdar rayonunda meydana gəlib. Əraziyə polis və təcili tibbi yardım qrupları cəlb olunub.
Yaxınlıqdakı xəstəxanalara çatdırılan yaralılardan ikisinin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma başladılıb.