Təbrizdə bütün dövlət qurumları bağlandı
Dərc olunub:
23-05-2024, 15:35
Bu gün Təbrizdə bütün dövlət qurumları bağlı olacaq.
Bu barədə Təbriz şəhərinin başçısı Yunis Fateh məlumat yayıb.
“Şərqi Azərbaycan əyalətinin valisi Malik Rəhməti və Təbrizin cümə imamı Məhəmmədəli Ali-Haşimin dəfn mərasiminin keçirilməsi ilə bağlı verilən qərara əsasən, mayın 23-də Təbriz şəhərində heç bir dövlət qurumu fəaliyyət göstərməyəcək”, - Yunis Fateh əlavə edib.