Sizin Reklam Burada

Rəisinin qəzasında sensasion detal: Helikopter qalxmayıb!

Rəisinin qəzasında sensasion detal: Helikopter qalxmayıb!19 mayda İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı İran Prezident Aparatının rəhbəri Qulamhüseyn İsmailinin mediaya verdiyi açıqlama bir sıra ciddi məqamlara işarə edir.

Əvvəlcədən də deyildiyi kimi, nümayəndə heyətini 3 helikopter daşıyıb. Rəisinin uçduğu helikopter ortada olub, digər helikopterlər onu sağ və soldan müşayiət edib.

Uçuş heyətinə Rəisinin uçduğu helikopteri idarə edən pilotun başçılıq etməsi aydın olub. İsmaili meşəlik ərazidə (Uzi və Pir kəndləri arasındakı Dizmar meşəsi – red.) “bulud ləkəsi” müşahidə edildiyini və Prezidenti daşıyan helikopterin pilotunun “səhra komandiri” olaraq buludların üstünə qalxmaq əmri verdiyini bildirir.

İsmailinin sözlərindən belə aydın olur ki, helikopterlər buludların üzərinə qalxırlar və 30 saniyə sonra Prezident helikopterinin olmadığını görürlər. Daha sonra geri qayıdırlar və Süngün mis mədəninin ərazisinə enib, helikopterlə əlaqə yaratmağa çalışırlar.

Bu, Rəisinin helikopterinin qəzaya uğraması zamanı digər helikopterlərin öz yoluna davam etməsi və Təbrizə təhlükəsiz şəkildə yetişməsi barədə əvvəlcədən verilən şübhəli məlumatı təkzib edir. Ona görə şübhəli sayılırdı ki, Prezident helikopteri qəzaya uğradığı halda onu müşayiət edən helikopterlərin hərəkətinə heç nə olmamış kimi davam etməsi suallar yaradırdı.

Beləliklə, aydın olur ki, yalnız Rəisinin helikopteri yüksəkliyi yığa bilməyib.

Səbəb nə ola bilər?

Rəisinin və digər nümayəndə heyətlərinin uçduğu helikopterlər “Bell-212”-dir. İlk olaraq bu helikopterlərin 2 ton yükdaşıma qabiliyyəti və pilotqarışıq 15 sərnişin üçün nəzərdə tutulduğu bildirilsə də, “Stratcom Bureau” 1994-cü il istehsalı olan helikopterin yalnız 6 sərnişin daşıya bildiyini yazıb.

“Eyni zamanda turboşaftın kollektiv reaksiyası dəyişən relyef səviyyələri ilə uçmaq üçün kifayət qədər sürətli deyil, dağ ərazisi ilə fasiləsiz yüksək hündürlükdə ağır yük uçuşları həyata keçirə bilmir”, - məlumatda bildirilir.

Bu məlumatlar qarşılaşdırıldıqda dağ şəraitində manevr qabiliyyəti olmayan “Bell-212”-nin məhz bulud üzərinə qalxmaq cəhdi zamanı yüksəkliyi itirdiyi təxmin edilir.

Bəs, niyə digər helikopterlər yox, yalnız Rəisinin helikopteri yüksəkliyi yığa bilməyib?

Helikopterin qəzaya uğradığı yer dəniz səviyyəsində 2200 metr yüksəklikdədir. Həmçinin digər məlumatlara görə, XİN başçısı Abdullahian və digər adı açıqlanmayan şəxs başqa təyyarədə uçmalı imiş, son anda Prezident helikopterinə minmək qərarı veriblər.

Belə görünür ki, Prezident Rəisinin helikopteri normadan artıq yüklənib. Hətta bir sərnişinin – yəni 50 kiloqramın artıq olmasının helikopterin uçuşuna ciddi təsiri bilinən həqiqətdir.

Digər helikopterlərdə neçə sərnişinin olduğu haqda açıqlama verilmir. Ancaq Prezident Rəisinin nümayəndə heyətinə daxil olan əsas adamların onunla birlikdə həlak olduğunu nəzərə alsaq, digər helikopterlərdə sərnişin sayının az olduğu və buna görə də yüksəkliyə daha təhlükəsiz qalxa bildiklərini təxmin etmək olar.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.

Hazırda Tehranda həlak olanlarla vida mərasimi keçirilir.

Anar Niftəliyev

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər