İran edamlara görə məsuliyyətə cəlb edilsin! - 4 nobelçi

İran edamlara görə məsuliyyətə cəlb edilsin! - 4 nobelçiİran hökuməti edamdan müxalifləri, eləcə də narazıları qorxutmaq və susdurmaq üçün vasitə kimi istifadə edir.

Axar.az xəbər verir ki, bu fikirlər insan haqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən 4 Nobel mükafatı laureatı - Şirin İbadi, Cudi Uilyams, Təvəkkül Kirman və Lima Geboy tərəfindən imzalanan bəyanatda yer alıb.

Nobel Sülh mükafatı laureatları beynəlxalq ictimaiyyəti fəalların həbs və edamlarının dayandırılması üçün İran hökumətinə təzyiqlər etməyə, bütün siyasi məhbusların azadlığı istiqamətində fəaliyyət göstərməyə çağırıblar.

“İranda sistematik gender aparteidi hakimdir. Bu, xüsusilə qadınlara daha çox təsir edir. İnsan haqlarının sistemli şəkildə pozulması insan ləyaqəti və insan hüquqlarına açıq-aşkar etinasızlığın nümunəsidir və beynəlxalq ictimaiyyət bununla bağlı qəti tədbir görməlidir. Tehran hakimiyyəti bu kimi addımlarına görə məsuliyyətə cəlb olunmalıdır".

Qeyd edək ki, cari ildə İran həbsxanalarında 200-ə yaxın məhbus edam edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər