Ermənistanda polislər hökumət binasını mühasirəyə alıb
Dərc olunub:
16-05-2024, 11:16
Yüzlərlə polis Ermənistanın hökumət binasını mühasirəyə alıb.
Avrasiya.net xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Buna səbəb keşiş Baqrat Qalstanyanın rəhbəri olduğu radikal qüvvələrin “Vətən naminə Tavuş” hərəkatının delimitasiya prosesinə qarşı etiraz aksiyası planlaşdırması olub.
Aksiyanın baş tutub-tutmayacağı məlum deyil.