İrəvanda aksiyalar davam edir: Keşişdən növbəti çağırış
Dərc olunub:
15-05-2024, 11:00
Ermənistan paytaxtı İrəvanda hakimiyyətə itaətsizlik aksiyaları bu gün də davam edir.
Ermənistan KİV xəbər verir ki, vətəndaşlar etiraz olaraq bəzi küçələri bağlayıblar.
Milli Cəbhə teleqram kanalının məlumatına görə, Teryan-Aram kəsişməsi və Abovyan küçəsi bağlanıb.
Etirazçılara rəhbərlik edən keşiş Baqrat Srbazan (Qalstanyan) vətəndaşları saat 17:00-da Milli Akademik Opera və Balet Teatrına qarşıçına səsələyib. Həmin vaxt teatrda baş nazir Nikol Paşinyanın da iştirak edəcəyi beynəlxalq forum keçiriləcək.
Son xəbərlər
