ABŞ Gürcüstanı sanksiya ilə hədələdi
Dərc olunub:
15-05-2024, 07:36
ABŞ Gürcüstana maliyyə və səyahət sanksiyaları tətbiq edə bilər.
Avrasiya.net xəbər verir ki, bunu Tbilisidə səfərdə olan ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayn mətbuata açıqlamasında deyib.
O deyib ki, Avropa dtandartlarına uyğun gəlməyən qanun layihəsi olduğu kimi saxlanılacağı təqdirdə, həmçinin dinc nümayişçilərə qarşı zorakılıq göstəriləcəyi təqdirdə ABŞ tərəfindən Gürcüstana birinci mərhələdə maliyyə məhdudiyyətləri tətbiq ediləcək.
“İkinci mərhələdə isə bu məhdudiyyətlər bütün bunlara görə məsuliyyət daşıyan şəxslərə qarşı səyahət sanksiyaları olacaq”, - O'Brayn deyib.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə qeyd edib ki, ABŞ-nin mümkün sanksiyaları tətbiq etməsi barədə söhbətlər qeyri-ciddidir.