Avropalı siyasətçilər mitinqə qoşuldular
Dərc olunub:
14-05-2024, 22:23
Tbilisidə Parlamentin önündı keçirilən mitinqə Almaniya, Çexiya və Litva parlamentinin xarici əlaqələr komitələrinin sədrləri gəlib.
Gürcüstan mətbuatı xəbər verir ki, səhəyə çıxan avropalı siyasətçiləri aksiyaçılara müraciət edib və onlarla həmrəy olduqlarını bəyan ediblər.
Etirazçılar tərəfindən güllərlə qarşılanan avropalı siyasətçilər səhnədə çıxışlarını davam etdirib və Avropa, eləcə də Gürcüstan himni oxuyublar. Onlar Avropa İttifaqı və Ukrayna bayrağı dalğalandırıblar.
Avropalı nümayəndələrin çıxışından sonra nemayişçilər “sağ ol, sağ ol” və "Sanksiya-sanksiya" şüarları səsləndiriblər.