Sizin Reklam Burada

Azərbaycanlı reper Rusiyada axtarışa verildi

Azərbaycanlı reper Rusiyada axtarışa verildiRusiya şou-biznesində Navai təxəllüsü ilə fəaliyyət göstərən, “HammAli&Navai” duetinin solisti Nəvai Bəkirov şirkətinin borclarına görə məhkəmə icraçıları tərəfindən axtarışa verilib.

Kult.az xəbər verir ki, bu barədə “Shot” Teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, azərbaycanəsilli rep ifaçısının Scar Trading MMC şirkətinin 2 milyon rubldan (36,9 min manat) çox borcu var.

Məlumata görə, Bəkirov iki il əvvəl şirkətin ortaq sahibi olub. Keçən il o, 617 min rubl (təxminən 11 min manat) zərər çəkib.

Mənbədən bildirilib ki, ifaçının şirkətindən ehtimal ki, dövlət rüsumlarının ödənilməməsinə görə 700 min rubl (12,9 min manat) tutulur. Bundan başqa onun şirkəti cərimələri ödəməyib.

Qeyd olunur ki, Scar Trading MMC tikintidən tutmuş kitab satışına qədər müxtəlif növ fəaliyyətlərlə məşğul olur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər