Türkiyədə güclü zəlzələ: Dağıntılar var - Təcili
Dərc olunub:
18-04-2024, 21:51
Türkiyənin Tokat şəhərinin Sulusaray ilçəsində 5,6 bal gücündə zəlzələ baş verib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
5,99 kilometr dərinlikdə meydana gələn təkanlar ətraf əyalətlərdə də hiss olunub.
***
İlk təkanlardan sonra 3,5 bal gücündə növbəti zəlzələnin baş verdiyi bildirilib.
Sulusaray bələdiyyə başqanı Davud Kılıç Buğdaylı kəndində bəzi evlərin və 2 məscid minarəsinin uçduğunu bildirib.
***
Zəlzələnin təsirindən Yozqat şəhərinin də müxtəlif məhəllələrində üç ev çöküb. Təbiət hadisəsi zamanı Tokatda bir nəfər xəsarət alıb.
Hadisə yerlərinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.