Moldovada qanun pozuntularına qarşı beynəlxalq müdafiə mərkəzi yaradılıb
Aprelin 17-də Nyu-Yorkda Moldovanın keçmiş ədliyyə naziri Stanislav Pavlovskinin rəhbərliyi ilə yaradılmış İnsan Hüquqlarının və Demokratiyanın Beynəlxalq Müdafiəsi Mərkəzi fəaliyyətə başlayıb.
Modern.az xəbər verir ki, keçmiş ədliyyə naziri və Avropa İttifaqı İnsan Haqları Məhkəməsinin hakimi Stanislav Pavlovskinin rəhbərliyi ilə yaradılan mərkəz anti-demokratik təcrübələrə qarşı fəaliyyət göstərəcək.
"Mərkəzimiz xüsusilə son illərdə Şor və Dəyişiklik partiyalarının bağlanması, yerli seçkilərdə bu partiyaların namizədlərinə siyasi qadağa qoyulması, bir çox televiziya və qəzetin bağlanması kimi çoxsaylı mövzularda anti-demokratik əməllər həyata keçirilən Moldovada demokratiya və insan haqlarına ehtiyac olduğunu vurğulayacaq və diqqəti cəlb edəcək işlər həyata keçirəcək", - açıqlamada bildirilir.
Aprelin 17-də Nyu-Yorkda keçiriləcək qalada insan haqları üzrə ekspertlər, hüquqşünaslar və jurnalistlər iştirak edəcək. “Beynəlxalq İnsan Hüquqları və Demokratiya Mərkəzinin yaradılması ədalət, demokratiya və insan hüquqları axtarışımızda mühüm addımdır. Mərkəz Moldovada və başqa yerlərdə bu fundamental dəyərləri inkişaf etdirməyə çalışacaqdır", - təşkilatdan bildirilib.