Uşağı doğub zibil qutusuna atdı
Dərc olunub:
17-04-2024, 17:21
Rusiyada ana yeni dünyaya gətirdiyi övladını zibil qutusuna atıb.
Rusiya mətbuatı xəbər verir ki, hadisə Omsk vilayətində qeydə alınıb.
Belə ki, Odeskoye kənd sakini 33 yaşlı qadın parkda doğduqdan sonra körpəni dərhal zibil qabına tullayıb. Kənd sakininə qarşı cinayət işi açılıb.