Sizin Reklam Burada

İran şahının oğlundan xalqa və hərbi qüvvələrə MÜRACİƏT

İran şahının oğlundan xalqa və hərbi qüvvələrə MÜRACİƏTİranın devrilmiş şahının mühacirətdəki oğlu Rza Pəhləvi son hadisələrlə əlaqədar
müraciət yayıb.

Avrasiya.net-in məlumatına görə, Rza Pəhləvi İran xalqına müraciətində deyib ki, dini rəhbər Xamenei və onun tərəfdarlarının İsraillə müharibəsi İran xalqının müharibəsi olmasa da, əsas çətinliyi sadə insanlar çəkir, çünki ölkə iqtisadi problemlər və psixoloji təzyiqlər yükü altındadır.

R.Pəhləvi bildirib ki, vətənindən uzaqda olan digər iranlılar kimi, o da xalqla birlikdədir və tarixi vətəni üçün narahatdır.

Onun sözlərinə görə, həm İran xalqı, həm də İsrail xalqı müharibə deyil sülh, əmin-amanlıq istəyir.

Rza Pəhləvi İrandakı rejimi xalqın düşməni adlandırıb. O bildirib ki, çıxış yolu İslam Respublikası rejimini devirmək və İranda milli, dünyəvi, demokratik hökumət yaratmaqdır.

Rza Pəhləvi İranın hərbi qüvvələrinə də mesaj ünvanlayıb.

“Rejim rəhbərləri illərdir raket proqramlarına on milyardla dollar xərcləsələr də, İsrailə hücum alçaldıcı sonluqla nəticələndi. Atılan yüzlərlə raket və drondan yalnız bir neçəsi İsrail hava məkanına daxil olub və hədəfi vurub. Bir sıra dronlar İran torpağına düşərək öz vətəndaşlarımıza zərər verib. Bir zamanlar bölgənin ən güclü ordularından olan İran hərbi qüvvələri indi dünyanın lağ obyektinə çevrilib. İran hərbi qüvvələrinin yeganə funksiyasının müdafiəsiz insanları öldürmək və sıxışdırmaq, terror qruplaşmalarını silahlandırmaq olduğunu görmürsünüzmü? Özünüzə gəlin, bu səriştəsiz və yararsız rejimin yanında daha durmayın! Bu yolda İran xalqının yanında olun!”, - Rza Pəhləvi deyib.

Xatırladaq ki, 1979-ci ildə devirilən İran şahının ailəsi ABŞ-a qaçıb. Hazırda şahın arvadı Fərəh Pəhləvi və böyük oğlu Rza Pəhləvi Vaşinqtonda yaşayır.

İran mühacirlərinin bir hissəsi Rza Pəhləvini "şah" adlandırır. Atasının vəfatından sonra Rza Kir Pəhləvi varis kimi bu titulu götürüb.

Pəhləvilər ailəsi hazırda İranda "arzuolunmaz ailə" statusunu daşıyır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər