4 erməni əsgər öldü
Dərc olunub:
12-04-2024, 19:25
Ermənistan Silahlı Qüvvələrinə məxsus avtomobil qəzaya düşüb.
Avrasiya.net xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, aprelin 12-də saat 15:25 radələrində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçularını daşıyan “Ural” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.
İlkin məlumata görə, 4 nəfər ölüb, yaralılar var.