Erməni əsgəri özünü güllələdi
Dərc olunub:
11-04-2024, 00:25
Ermənistanda əsgər özünü güllələyib.
Avrasiya.net xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, Göyçə mahalının Çəmbərək rayonunda (Qeqarkunik əyaləti) Daxili İşlər Nazirliyinin yerli polis şöbəsinə tibb mərkəzindən güllə yarası almış vətəndaşın gətirildiyi barədə məlumat daxil olub.
Bildirilib ki, Şorəyel mahalının (Araqatsotn rayonu) sakini, 19 yaşlı Tiqran Ç. odlu silahı doldurarkən ehtiyatsızlıqdan ayağına atəş açıb. Yaralı hərbi qulluqçudur.