Sizin Reklam Burada

Erməni deputatlar Qazaxın kəndlərinə görə toplaşır

Erməni deputatlar Qazaxın kəndlərinə görə toplaşırErmənistan müxalifəti parlamentdə demarkasiya və deliliyi məsələsi ilə bağlı təcili müzakirələrin keçirilməsini təklif edib.

Bu barədə "Joğovurd" nəşri yazıb.

Ermənistan qanunvericiliyinə görə, parlamentin növbədənkənar iclasları zamanı deputatların ümumi sayının azı dörddə birinin tələbi ilə fövqəladə iclaslar keçirilə bilər.

Məlumata görə, müxalifət sessiyaya Ermənistan Baş nazirinib müavini, Demarkasiya və Delimitasiya Komissiyasının sədri Mher Qriqoryanı və xarici işlər naziri Ararat Mirzoyanı dəvət etməyi təklif edib

“Joqovurd” qəzeti Ararat Mirzoyan və Mher Qriqoryanın təklifi qəbul etdiyini və müxalifətin təşəbbüsü ilə keçiriləcək sessiyada iştirak edəcəklərini yazıb.

"Müxalifətin digər təklifi, yəni təcili iclasın açıq formatda keçirilməsi hakim partiya tərəfindən rədd edilib, yəni sessiya qapalı formatda olacaq", - nəşr bildirir.

"Hraparak" qəzetində dərc edilən məqalədə isə deyilir ki, parlamentin sessiyası həmişəkindən daha "qaynar" olacaq.

"Gündəliyə daxil edilən 25 məsələdən biri də hökumətin beşillik planının icrası ilə bağlı hesabatdır, onu Nikol Paşinyanın simasında hökumət təqdim edəcək.

Gündəliyə əsasən, hökumətin hesabatının müzakirəsi çərşənbə günündən başlayacaq, dünən hakim partiyanın fraksiya iclası keçirilib, deputatlara Paşinyanın səfəri günü parlamentdə bir nəfər kimi iştirak etmələri tapşırılıb", - nəşr qeyd edir.

"Hraparak" da demarkasiya və delimitasiya ilə bağlı müzakirələrin qapalı olacağını, iclasda Mher Qriqoryan və Ararat Mirzoyanın iştirak edəcəyini bildirib.

Yerli kanallar bildirir ki, Qriqoryan və Mirzoyan sessiyada Qazaxın kəndləri barədə deputatların suallarını cavablandıracaq.

Xatırladaq ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanla bu ilin martında keçirdiyi görüşdən sonra rəsmi Bakı işğal edilmiş 4 eksklav olmayan kəndin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) mübahisəsiz və dərhal azad edilməsini istəyib.

Qeyd edək ki, eksklav ölkənin əsas hissəsindən kənarda yerləşən və digər dövlətlər (bir və ya bir neçə) tərəfindən əhatə olunan ərazidir. Qazaxın adıçəkilən 4 kəndi eksklav hesab edilmir və dərhal azad edilməlidir. Azərbaycanın Ermənistanın işğalı altında olan 4 eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi isə delimitasiya prosesi çərçivəsində həll ediləcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər