Akşener İYİ Partiya sədrliyinə namizəd olmayacağını açıqlayıb
Dərc olunub:
8-04-2024, 11:27
Meral Akşener İYİ Partiyanın sədrliyinə namizədliyini verməyəcək.
NTV xəbər verir ki, o, bu barədə özü məlumat verib.
O, partiyanın Fövqəladə Baş Assambleyasında namizədliyini irəli sürməyəcək.
Siyasətçi qərarının səbəbini hələ ki açıqlamayıb.
Qeyd edək ki, Meral Akşener 2023-cü il iyunun 24-də İYİ Partiyasının sədri seçilib. Müxalifətçi siyasətçi sonuncu parlament seçkilərində 10 faizə yaxın səs toplayıb.