Təbrizdə Azərbaycan bayrağı qaldıranlar həbs edildi
Dərc olunub:
8-04-2024, 11:06
Aprelin 3-də Təbrizin "Səhənd" (Yadiqare İmam) stadionunda Təbrizin “Traktor” və İsfahanın “Sepahan” futbol komandaları arasında keçirilən görüşdə Azərbaycan və Türkiyə bayraqlarını qaldıran iki nəfər həbs edilib.
Bu barədə “Həmşəhri” qəzeti məlumat yayıb.
“Bu, Azərbaycanla İran arasında gərginliyin davam etdiyi bir vaxtda baş verib. Bir sıra mənbələr həbs edilənlərin pantürkist cərəyanlara mənsub olduğunu bildirir”, - qəzet yazıb.
Saxlanılanların kimliyi və hara aparıldıqları barədə əlavə məlumat verilməyib.