Sizin Reklam Burada

Azərbaycan üzərindən bölgədə heç bir plan gerçəkləşməz

Azərbaycan üzərindən bölgədə heç bir plan gerçəkləşməzPrezident İlham Əliyevin ötən gün Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Azərbaycanın fədakar dostu Mövlud Çavuşoğlunu qəbul edərkən iki məqamı xüsusilə vurğulaması diqqətçəkicidir. Belə ki, aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında Brüsseldə keçirilən üçtərəfli görüşün əsas məqsədi barədə danışan dövlətimizin başçısı bildirdi ki, bununla Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır. Halbuki, son günlər həm ABŞ-ın, həm də Avropa İttifaqının yüksək vəzifəli şəxsləri onların təşəbbüsü ilə baş tutan telefon danışıqları əsnasında bizi inandırmağa çalışıblar ki, bu görüş Azərbaycanın əleyhinə deyil. Lakin biz bunun Azərbaycanın və Cənubi Qafqazda iş birliyinin əleyhinə olduğunu bilirik. Bu, ayırıcı xətlərin yaradılması və ölkəmizi təcrid etmək məqsədi güdür.

ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşünün ilkin nəticələri də onu göstərir ki, Azərbaycanın dəvət edilmədiyi və qeyri-şəffaf şəraitdə, qapalı formatda keçirilən bu görüşdən sonra Cənubi Qafqazda ayırıcı xətlər daha da dərinləşəcək. ABŞ və Aİ rəsmilərinin bu görüşün əsas məqsədini pərdələməyə çalışmaları mahiyyəti dəyişmir. 5 aprel görüşü həqiqətən də regionda növbəti təhlükə mənbəyi yaratmağa xidmət edir. Qərbin əsas hədəflərindən biri Ermənistanı öz forpostuna çevirməkdir. Prezident İlham Əliyev də bu məqama toxunaraq qeyd etdi ki, keçən ilin sentyabrından indiyədək Avropa Parlamentinin, Avropa Şurasının Azərbaycan əleyhinə bəyanatlar verməsi və Qərbin Ermənistanı Cənubi Qafqazda silahlı forposta çevirmək cəhdləri gələcəkdə çox böyük fəsadlar törədəcək.

Lakin bu fəsadları önləmək üçün istər Azərbaycan Prezidenti, istərsə də müvafiq rəsmi qurumlarımız ABŞ və Avropadakı tərəfdaşlarımıza xəbərdarlıq etmək məqsədilə açıqlamalar verdi. Bu cür önləyici açıqlamaların heç şübhəsiz ki, Brüssel görüşünün nəticələrinə ciddi təsiri olub. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin və ABŞ Dövlət katibi Antoni Blinkenin sözügedən görüşdən əvvəl Azərbaycan Prezidentinə zəng edərək mövqelərini izah etməyə çalışması və bu görüşün Azərbaycana qarşı olmadığını vurğulamaları da onu göstərir ki, Qərb regionla bağlı məsələlərdə həqiqətən də Azərbaycanın mövqeyi ilə hesablaşır. Ermənistanın havadarları başa düşürlər ki, Azərbaycanın başı üzərindən bölgədə heç bir planlarını gerçəkləşdirə bilməzlər. Lakin Qərbin rəsmi Bakının mövqeyi ilə hesablaşması kifayət deyil. Qərb həmçinin qalıcı sülhün əldə olunması üçün Ermənistana ciddi təzyiq göstərməlidir.

ABŞ və Fransanın guya Ermənistanın iqtisadi dayanıqlığını artırmaq məqsədilə ayırdığı qrantlar və sərmayələr regionda növbəti hərbi eskalasiyalara şərait yaratmamalıdır. Çünki bu gün müxtəlif bəhanələrlə sülh müqaviləsini imzalamaqdan yayınan Ermənistan bu sərmayələrin hesabına öz hərbi potensialını gücləndirərək revanşizm yolunu tuta bilər. Bir sözlə, Qərbin Ermənistanın iqtisadi təhlükəsizliyinin təmin olunması adı altında atdığı addımlar, verdiyi bəyanatlar və Ermənistanı davamlı şəkildə silahlandırmaları bölgədə sülh və sabitliyin gələcəyi üçün ciddi təhdidlər yaradır. Dövlətimizin başçısının vurğuladığı kimi bütün bunlar çox mənfi fəsadlara gətirə biləcək addımlardır və bunun yeganə səbəbi Qarabağı işğaldan azad etməyimizdir.

Ona görə də biz bu gün ətrafımızda baş verən proseslərə, bizə qarşı atılan addımlara seyrçi kimi qala bilmərik. Azərbaycan Qərbin Cənubi Qafqazı Ermənistan vasitəsilə qlobal toqquşma məkanına, geosiyasi qarşıdurma zonasına çevirmək planlarını önləmək üçün qardaş Türkiyə və Türk dünyası ilə əməkdaşlıq və işbirliyini daha da dərinləşdirməlidir. Prezident İlham Əliyevin Mövlud Çavuşoğlu ilə görüşü əsnasında, “Türk dünyası bizim bir ailəmizdir və biz bu istiqamətdə çalışmalıyıq” fikrini səsləndirməsi də məhz bu xətti önə çıxarır. Biz qlobal şərin qarşısını birlikdə almalıyıq.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər