Silahlı şəxslər iki polis əməkdaşını öldürüb - İranda
Dərc olunub:
6-04-2024, 16:02
İranda silahlı şəxslər iki polis əməkdaşını öldürüb, birini yaralayıb.
Bu barədə IRNA məlumat yayıb.
Zahedanda silahlı şəxslərlə polis arasında qarşıdurma baş verib.
Nəticədə iki polis əməkdaşı ölüb, biri isə yaralanıb.