Sizin Reklam Burada

Rəqsanə İsmayılova Rusiyada saxlanıldı

Rəqsanə İsmayılova Rusiyada saxlanıldıAzərbaycanın tanınmış müğənnisi Rəqsanə İsmayılova Rusiyada qanunsuz miqrasiyanın təşkilinə görə cinayət işi üzrə saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın VÇK-OQPU Teleqram kanalı məlumat yayıb.

Azərbaycanlı müğənni “Rüşvət almaq” və “Saxta sənədlərin düzəldilməsi” maddələri ilə ittiham olunur.

Məlumata görə, Rəqsanə İsmayılova Qurbanov adlı şəxslə əlbir olaraq ona və ən azı iki azərbaycanlıya pasport verməkdə ittiham olunan Daxili İşlər Nazirliyinin əməkdaşı Yelena Smirnovanın işi üzrə şahid qismində cəlb olunub.

Məlum olub ki, Rəqsanə İsmayılovanın dindirilməzdən əvvəl müstəntiqə təqdim etdiyi pasportunda da saxta şəxsiyyət məlumatları olub və pasport hazırda istintaq altında olan şəxsdən 2019-cu ildə alınıb.

Müstəntiqlərin fikrincə, Rəqsanə İsmayılova Qurbanov adlı şəxsə 650 min rubla yaxın pul verib və o da müğənniyə yeni sənəd almağa kömək edib.

2 aprel 2023-cü ildə bu faktla bağlı cinayət işi açılıb və müğənni barəsində heç yerə getməmək barəsində qərar çıxarılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər