Sizin Reklam Burada

Söyüdlüdə 2 “rus casus” tutuldu – Ermənilər təşvişdə

Söyüdlüdə 2 “rus casus” tutuldu – Ermənilər təşvişdəErmənistanda “Azərbaycan casusları” ilə bağlı iddialar yenidən aktivləşib.

Avrasiya.net Publika.az-a istinadən xəbər verir ki, aprelin 2-də Ermənistan təhlükəsizlik orqanlarının Basarkeçərdə Sotk (Söyüdlü) qızıl mədənində işləyən iki rusiyalı əməkdaşı həbs etdiyinə dair məlumat yayılıb.

Rusiyalı işçilər Söyüdlü qızıl mədəninin hazırda Ermənistanın nəzarət etdiyi hissəsində işləyir.

“Hraparak” nəşri yazır ki, saxlanılan rusiyalılar qızıl mədəninin mühafizə postunun əməkdaşlarıdır.

“Mədənin işçiləri bizə bildirir ki, iki rusiyalı işçi Azərbaycana casusluq etməkdə şübhəli bilinir. Onlar yataqla bağlı Azərbaycana məlumatlar ötürüb”, - nəşr iddia edir.

Qeyd edək ki, dünən Xankəndidən Ermənistana qayıdan Sarkis Qalstyan da “Azərbaycana casusluq” ittihamı ilə həbs olunub. Bu “casus ovu”nu Ermənistan hakimiyyətinin qurduğu bəllidir: Paşinyanla ya o qədər qorxur ki, hər kəsi casus olaraq görür, ya da bu cür oyunlarla Azərbaycanı “müdaxilə edən tərəf” kimi göstərir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər