Sizin Reklam Burada

Poroşenko yenidən prezident olmaq istəyir

Poroşenko yenidən prezident olmaq istəyirUkraynanın keçmiş dövlət başçısı Petr Poroşenko ölkədə keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürmək niyyətindədir.

Avrasiya.net xəbər verir ki, Poroşenko bu barədə “Əl Cəzirə” kanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, seçkilərin keçirilməsi üçün Ukraynanın hərbi əməliyyatlarda uğura nail olması zəruridir.

Eks-prezident, həmçinin qeyd edib ki, Ukrayna Avropa İttifaqına üzv olarsa, o, Avropa Parlamentinə keçiriləcək seçkilərdə də namizədliyini irəli sürəcək.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-i keçirilməli idi, lakin ölkə rəhbərliyi hazırda qüvvədə olan hərbi vəziyyət və səfərbərliklə bağlı seçkiləri təxirə salmaq barədə qərar qəbul edib. Ukraynanın hazırkı lideri Volodimir Zelenskinin səlahiyyət müddəti mayın 21-də başa çatır.

Onu da xatırladaq ki, 58 yaşlı P. Poroşenko 2014-2019-cu illərdə Ukrayna prezidenti olub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər