"İsrailin konsulluğa zərbəsi cavabsız qalmayacaq"
Dərc olunub:
2-04-2024, 13:13
İsrail Hərbi Hava Qüvvələrinin İranın Dəməşqdəki konsulluğuna endirdiyi zərbə cavabsız qalmayacaq.
Bunu İslam Respublikasının prezidenti İbrahim Rəisi deyib.
"Sionist rejim (İsrail) dəfələrlə uğursuzluqları və məğlubiyyətlərinə görə kor-koranə terrordan istifadə edir, lakin bilməlidir ki, bu cür qeyri-insani hərəkətləri ilə heç vaxt öz bədbəxt məqsədlərinə nail olmayacaq və bu qorxaq cinayət cavabsız qalmayacaq”,- deyə İran lideri qeyd edib.