Sizin Reklam Burada

İran İsraili necə cəzalandıracağına özü qərar verəcək - Kənani

İran İsraili necə cəzalandıracağına özü qərar verəcək - Kənaniİran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani İsrailin Dəməşqdəki İran konsulluğunun binasına hücumunu kəskin şəkildə pisləyib.

İRNA-nın məlumatına görə, Kənani “İran təcavüzkarı necə cəzalandırılacağına özü qərar verəcək”, - qeyd edib.

Kənani bu hücumu beynəlxalq normaların kobud şəkildə pozulması adlandırıb.

“Bu hərəkət beynəlxalq ictimaiyyət tərəfindən ən qəti şəkildə pislənilməli, təcavüzkara qarşı tədbirlər görülməlidir”, - deyə o əlavə edib.

XİN nümayəndəsi hücumun məsuliyyətinin İsrail üzərinə düşdüyünü vurğulayıb.

Bundan əlavə, İranın xarici işlər naziri Hüseyn Abdollahian suriyalı həmkarı Feysal Mekdad ilə telefon danışığında bildirib ki, İsrailin Suriyanın paytaxtı Dəməşqdəki İran konsulluğuna hücumu bütün beynəlxalq öhdəliklərin pozulmasıdır.

O, suriyalı həmkarına hücumdan sonra İranın Dəməşqdəki səfirliyini ziyarətinə görə təşəkkür edib.

Suriyalı nazir öz növbəsində İsrailin Suriyadakı İran konsulluğuna hücumlarını qətiyyətlə pisləyib və bunu beynəlxalq hüququn kobud şəkildə pozulması adlandırıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər