İsrail darmadağın etdi: SEPAH-ın 2 generalı, 5 zabiti, diplomatlar…
Dərc olunub:
2-04-2024, 04:29
İsrailin zərbəsi nəticəsində SEPAH-ın iki generalı və 5 yüksək rütbəli zabiti ölüb.
Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bundan öncə media briqada generalı Məhəmməd Rza Zahidinin və Zahidinin müavini, general Məhəmməd Hadi Hacı Rəhiminin öldüyünü yazmışdı.
İran Teleqram kanallarının məlumatına görə, öldürülən SEPAH müşavirləri Hüseyn Əmanullahi, Seyid Mehdi Cəlaləti, Mohsen Sədaqət, Əliağa Babayi və Seyid Əli Ruzbəhayidir.
Qeyd edək ki, İsrailin Dəməşqdəki İran səfirliyi və konsulluğu binasına endirdiyi zərbə nəticəsində diplomatların da öldüyü bildirilir.