Sizin Reklam Burada

Terroru lənətləyirik - Aqil Acalov

Terroru lənətləyirik - Aqil Acalov"Dünyanı qan çanağına döndərən, günahsız insanların ölümünə səbəb olan istənilən yanaşmanı qınayır, terroru lənətləyirik!".

Bu sözləri Avrasiya.net-ə verdiyi açıqlamada Azərbaycan Braziliya Ciu-Citsu Federasiyası və "Qarapapaq" Döyüş Klubunun Prezidenti, ictimai xadim Aqil Acalov ötən gecə "Krokus Siti Hol" da törədilmiş terror aktına münasibət bildirərkən deyib.

İctimai xadim, vəhşicə törədilmiş hadisədən təsirləndiyini bildirərək dünyasını dəyişənlərin ailələrinə səbr diləyib:

"Olan yenə dinc əhaliyə oldu. Dünyanı qan çanağına döndərən, günahsız insanların ölümünə səbəb olan istənilən yanaşmanı qınayır, terroru lənətləyirik! Baş verən bu hadisə dünyanın istənilən nöqtəsində asayişin hər an vəhşicəsinə pozula biləcəyini bizə bir daha xatırlatdı. Allah həyatını itirənlərin ailələrinə səbr, yaralılara şəfa versin!".

Acalov "Bu hadisələri uzaqdan izlədikdə dəhşətə gəlməmək mümkün deyil. Bir daha ölkəmizdə necə təhlükəsiz, sakit, firavan, azad və güvəndə yaşadığımız üçün şükr etməliyik" deyə sözlərinə əlavə edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər