Sizin Reklam Burada

“Krokus” terrorunda erməni izi – Daha bir sensasion fakt

“Krokus” terrorunda erməni izi – Daha bir sensasion faktVOMA (Voxj Mnalu Arvest – “Sağ qalmaq sənəti”) terror təşkilatıdır. Ermənistanda yaradılıb. Təlimçilər bilirsiniz hansı silah üzrə hazırlayıblar terrorçu erməniləri? Moskvada “Krokus Siti Holl”da insanlara atəş açanların istifadə etdiyi 12 və 410 kalibrli “Vepr” və “Sayqa” karabinləri ilə.

Avrasiya.net xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev qeyd edib.

O xatırladıb ki, indi bu silahlardan heç bir terror təşkilatı istifadə etmir - ermənilərin VOMA-sından başqa.

Alim VOMA-nın məhz bu silahlardan istifadəsini təsdiq edən materialı da paylaşımına əlavə edib.

Qeyd edək ki, “Krokus Siti Holl”da ötən gün baş verən terror hadisəsi nəticəsində ən azı 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Qeyri-rəsmi məlumata görə isə ölənlərin sayı 130-dan çoxdur.

Teraktın ardınca baş verən partlayış isə irimiqyaslı yanğına səbəb olub. “Krokus”un 12900 kv.m-lik ərazisini əhatə edən yanğın zamanı tavan da çöküb. Rusiya FHN yanğının artıq lokallaşdırıldığını bildirib.

Xatırladaq ki, Zaur Əliyev bundan öncə də terror aktını erməni terror təşkilatlarının törədə biləcəyini bildirmişdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər