Sizin Reklam Burada

İranlı veteranlar İrəvandakı məscidə görə etiraz etdi

İranlı veteranlar İrəvandakı məscidə görə etiraz etdiİran hökumətinin İrəvanda Azərbaycanın tarixi abidəsi olan Göy məscidi təmir etməsi iranlı müharibə veteranları və qazilərinin etirazına səbəb olub.

Axar.az xəbər verir ki, bu barədə İranın “Dibaçe” saytı məlumat yayıb.

Onlar məscidin İranın Müharibə Veteranları və Qaziləri Fondunun hesabına təmir edilməsini veteran və qazilərə qarşı haqsızlıq adlandırıblar.

“Ölkədə çox sayda müharibə veteranı ağır yaşayış şəraitindən narazı olduğu bir vaxtda Ermənistanın paytaxtı İrəvandakı Göy məscidin İranın Müharibə Veteranları və Qaziləri Fondunun vəsaiti ilə təmir və bərpa edilməsi düşündürücüdür”,- məlumatda bildirilib.

Qeyd edək ki, İran hökuməti 1996-2000-ci illər arası Azərbaycan tarixi abidəsi və memarlıq əsəri olan Göy məsciddə təmir və bərpa adı altında dəyişikliklər aparıb. Abidənin Azərbaycana məxsusluğunu göstərən memarlıq nümunələri dağıdılıb, onu özününküləşdirərək İran memarlıq nümunəsi halına gətirməyə çalışıblar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər