Sizin Reklam Burada

Moldova prezidenti məhkəməyə verildi

Moldova prezidenti məhkəməyə verildiMoldovanın Qaqauz Muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul ölkə Prezidenti Maya Sandunu muxtariyyət və onun rəhbəri haqqında təhqiramiz ifadələrinə görə məhkəməyə verdiyini bildirib.

O, bu barədə Teleqram kanalında məlumat yayıb.

“Hələlik vətəndaş Sandu tərəfindən bu yalan və böhtana məhəl qoymamışam, amma bu gün o, bütün sərhədləri aşdı. Ondan qanun qarşısında cavab verməsini tələb edirəm. Vəkillərimiz 18 mart 2023-cü il tarixində mətbuat konfransında yayılan yalan və böhtanlara görə vətəndaş Maya Sanduya qarşı dərhal böhtan iddiası qaldıracaq”, - Qutsul bildirib.

O, demokratik yolla seçildiyini və muxtariyyətin rəhbəri kimi təsdiq edildiyini, seçkinin nəticələrinin Moldovanın bütün hüquqi orqanları tərəfindən tanındığını xatırladıb:

“Sandu tərəfindən idarə olunan prokurorlar və xüsusi xidmət orqanları seçki kampaniyasının gedişinə və ya səsvermənin nəticələrinə məhkəmədə belə etiraz etmədilər. Sandudan qalan hər şey əsassız ittiham, təhqir, paxıllıq və hücumlardır”.

Qeyd edək ki, Sandu keçirdiyi mətbuat konfransında Qutsulu hökumət üzvü təyin edən fərmanı imzalamayacağını deyib:

“Çünki o, cinayətkar qruplaşmada işləyir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər