Sizin Reklam Burada

Azərbaycanlı deputat kürdlərin torpaq iddiasından danışdı

Azərbaycanlı deputat kürdlərin torpaq iddiasından danışdıUrmiya şəhərindən İran parlamentinə kürd millət vəkillərinin seçilməsi kürdlərin səsvermədə fəallıqlarının nəticəsidir.

Bunu Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi Seyyid Məhəmmədrza Mir Tacəddini Qərbi Azərbaycan əyalətində keçirilən seçkilərdən danışarkən deyib.

O, azərbaycanlıların səsvermədə fəal olmadıqlarını, buna görə də kürd namizədlərin qalib gəldiyini bildirib:

“Bu, kimlərinsə Azərbaycan torpaqlarına ərazi iddia etməsinə əsas ola bilməz. Kürdlər Azərbaycanda qonaqdırlar, qonaq öz yerini bilməlidir. Qonaq həddini aşsa, başqa cür davranarıq”.

Qeyd edək ki, martın 1-də İran parlamentinə 12-ci çağırış seçkilərin nəticələrinin açıqlanması və iki kürd namizədin Urmiyadan qalib elan edilməsindən sonra şəhərdə aksiyalar keçirilib.

Şəhərin fərmandarlığı qarşısına toplaşan kürdlər “Urmiya Kürdüstan” şüarları səsləndirib, Azərbaycana qarşı torpaq iddialarını açıqca dilə gətiriblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər