Rusiya Odessanı "İsgəndər"lə vurdu - 16 ölü, 70 yaralı
Dərc olunub:
15-03-2024, 22:00
Rusiya Ukraynanın Qara dəniz sahilində yerləşən Odessaya raket zərbələri endirib.
Avrasiya.net xəbər verir ki, zərbə nəticəsində 16 nəfər ölüb, 70-dən çox adam yaralanıb.
Ukrayna rəsmiləri bildirib ki, Rusiyanın işğalı altında olan Krım yarımadasından atılan iki “İsgəndər-M” raketi Odessadakı yaşayış massivinə düşüb.
“Rusiya Odessa terrorunu davam etdirir... həlak olanlar və yaralananlar arasında yerli sakinlər, tibb və təcili yardım işçiləri var”, - Ukraynanın baş prokuroru Andrey Kostin bildirib.
Kiper əlavə edib ki, həkim və xilasedici ilkin zərbə zamanı xəsarət alan insanlara kömək etmək üçün hadisə yerinə gedib, bu zaman ikinci raket düşüb.
Son xəbərlər
