Sizin Reklam Burada

Azərbaycan heyəti Tehrana getdi - Səfirlik bərpa olunur

Azərbaycan heyəti Tehrana getdi - Səfirlik bərpa olunurQonşular arasında fikir ayrılıqlarının olması normaldır.

Avrasiya.net xəbər verir ki, bunu İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Baku TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, İranın yeni hökumətinin qonşuluq siyasəti ciddi və prinsipial siyasətdir: "7 Bəhmən hadisəsi və Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum çox acı, gözlənilməz və təəccüblü idi. Amma bütün sübutlar və iki ölkənin məhkəmə və təhlükəsizlik rəsmilərinin sonrakı səfərləri və hücum edənin etirafı göstərdi ki, bu hərəkət fərdi və şəxsi motivlərlə həyata keçirilib. Bu şəxs tutuldu, mühakimə olundu və ağır cəzaya məhkum edildi".

Musəvi bildirib ki, tezliklə Azərbaycan Respublikasının Tehrandakı səfirliyi fəaliyyətini bərpa edəcək: "Biz bunu şahidi olacağıq. Bir heyət hazırlıqlar üçün Tehrana səfər edib".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər