Sizin Reklam Burada

Avqustun 1-i ruslar Ermənistanı tərk edir: Son qərar açıqlandı

Avqustun 1-i ruslar Ermənistanı tərk edir: Son qərar açıqlandıRusiya sərhədçilərinin Ermənistandan çıxarılması ilə bağlı rəsmi İrəvanın mövqeyi artıq davamlı xarakter almağa başlayıb. Zvartnost hava limanından rus sərhədçilərinin vaxt itirilmədən çıxarılması ilə bağlı erməni rəsmiləri Moskvaya müraciət edib. Hələlik rus sərhədçiləri Ermənistanı tərk etməsə də, proses onların artıq lazımsız olduğunu ifadə edir.

Avrasiya.net xəbər verir ki, bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, Ermənistanın keçmiş SSRİ dağıldıqdan sonra ölkəni müdafiə etmək imkanları olmayıb:

“Beləliklə, erməni tərəfi sərhədlərinin qorunmasını ruslara həvalə etmişdi. İndiyə kimi də rus hərbçiləri Ermənistanın sərhədlərini qoruyurdu. Son dövrlər isə Ermənistan Qərb istiqamətində bir xətt götürüb və ölkəsində rus hərbçilərini görmək istəmir”.

Polkovnik bildirib ki, bu ilin avqustun 1-ə qədər Zvartnost hava limanından rus sərhədçilərinin çıxarılması fonunda Ermənistan öz hərbçilərini yerləşdirəcəyini açıqlayıb:

“Rusiya isə Ermənistandan çıxmaq istəmir. Çünki Zvartnost hava limanında yerləşməklə Rusiya Ermənistanla bağlı bütün məlumatlara sahib olur. Ermənistana kimin gəlib-getdiyi rus hərbçilərinin nəzarətindədir. Ruslar sərhəd təhlükəsizliyi ilə yanaşı digər vacib məlumatlar toplayır”.

Üzeyir Cəfərova görə, rus hərbçiləri avqustun 1-ə kimi Ermənistandan çıxmasa nə baş verəcəyi də maraqlıdır:

“Çünki Rusiya cavab olaraq atılacaq addımın Ermənistan üçün çətin olacağını bildirir. Amma görünən odur ki, erməni tərəfi bu məsələdə qərarlıdır. Avropa İttifaqına üzvlük məsələsinin müzakirə olunduğu bu günlərdə Ermənistan Rusiya əleyhinə daha çox demarş etməkdə iddialıdır. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini dondurub. Ardınca Zvartnostdan rus hərbçilərinin çıxarılması üçün konkret vaxt qoyur. Bu hələlik prosesin görünən tərəfidir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər