Sizin Reklam Burada

Nüvə silahını istifadə etməyə hazırıq - Putin

Nüvə silahını istifadə etməyə hazırıq - PutinRusiya prezidenti Vladimir Putin martın 15-17-də keçiriləcək və ona daha 6 il hakimiyyətdə qalmağa səbəb olacağı dəqiqləşən seçkilər ərəfəsində RİA agentliyinə və “Rossiya-1” televiziyasına geniş müsahibə verib.

Avrasiya.net xəbər verir ki, Putin müsahibədə bir neçə önəmli məsələlərə toxunub.

“Hərbi-texniki baxımdan biz, əlbəttə ki, hazırıq. ABŞ-da Rusiya-Amerika münasibətləri və strateji təmkin sahəsində kifayət qədər mütəxəssis var. Ona görə də düşünmürəm ki, burada hər şey nüvə qarşıdurmasına doğru gedir, amma biz buna hazırıq. Silahlar onlardan istifadə etmək üçün mövcuddur. Bizim öz prinsiplərimiz var”, - deyə Putin ölkənin nüvə müharibəsinə hazır olub-olmaması ilə bağlı suala cavab verib.

Bununla belə, Putin bildirib ki, Rusiya 2022-ci ilin fevralından bəri münaqişənin davam etdiyi Ukraynada heç vaxt nüvə silahından istifadə ehtiyacı ilə üzləşməyib: "Kütləvi qırğın silahlarından istifadə etmək nəyə lazımdır? Heç vaxt belə ehtiyac olmayıb. ABŞ nüvə sınaqları keçirsə, Rusiya da eyni şeyi edə bilərdi. Bu, lazım deyil... biz hələ də bu barədə düşünməliyik, lakin mən eyni şeyi edə biləcəyimizi istisna etmirəm".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər