Rusiya təyyarəsi qəzaya uğradı, hamısı öldü
Dərc olunub:
12-03-2024, 16:27
Rusiyanın İvanovo şəhəri yaxınlığında İl-76MD təyyarəsi qəzaya uğrayıb.
Avrasiya.net xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, təyyarə havada olarkən alovlanıb və yerə çırpılıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarədə 8 ekipaj üzvü və 7 sərnişin olub.
İlkin məlumata görə, göyərtədə olan bütün sərnişin və ekipaj üzvləri ölüb.