Sizin Reklam Burada

Türkiyə Ermənistan sərhədinə ordu yeridib? - General

Türkiyə Ermənistan sərhədinə ordu yeridib? - GeneralBu xəbər sırf erməni yalanıdır, dezinformasiyadır.

Bu sözləri Axar.az-a Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general-leytenant Yücel Karauz Türkiyənin Ermənistanla sərhədə hərbi texnika toplaması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Türkiyə Ermənistanla sərhəddə hər hansı problem görmür və hazırda heç bir hərəkətlənmədən söhbət gedə bilməz:

“Türkiyə niyə sərhədə ağır texnika toplamalıdır? Ermənistan hara, Türkiyə hara? Türkiyənin 85 milyona yaxın əhalisi var, dünyanın 8-ci, NATO-nun isə ikinci güclü ordusuna malik bir ölkə Ermənistanla eyni ola bilərmi? Ermənistanla sərhəddə heç bir təhlükə və hərəkətlənmə yoxdur. Olsa da bu, Türkiyə Silahlı Qüvvələrinin zaman-zaman müxtəlif təlimlər keçməsi və bu məqsədlə həyata keçirilən bir hərəkətlər ola bilər. Əks halda, heç bir təhlükə və başqa heç nə olmadığı halda Ermənistan sərhədində hər hansı hərəkətləndən söhbət gedə bilməz və bu dezinformasiyadır. Təhlükə hiss etsə də, Türkiyə hazırda sahib olduğu hava vasitələri, digər qabaqcıl müasir müdafiə sənayesi texnikaları və güclü ordusu ilə ehtiyat tədbirləri ala bilər”.

Onun sözlərinə görə, bu dezinformasiyalar Qafqazı qarışdırmaq məqsədi ilə ortaya atılıb:

“Bu, Azərbaycan və Türkiyənin birlikdə Ermənistanı çətin vəziyyətə saldığı, guya Ermənistana qarşı riskin olduğu təəssüratı yaratmaqla Qərbdən kömək istəyənlərin oyun və yalançı qışqırıqlarından başqa bir şey deyil. Qafqazı qızışdırmaq məqsədi ilə ortaya atılıb”.

Qeyd edək ki, Gümrüdən olan erməni hüquq müdafiəçisi Karapet Poqosyan Türkiyənin artilleriya sistemlərini və minaatan qurğularını Ermənistanla sərhədə yerləşdirdiyi haqda iddia yayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər