Sizin Reklam Burada

Mirzoyan təsdiqlədi: Rusiya sərhədçiləri çıxarılır!

Mirzoyan təsdiqlədi: Rusiya sərhədçiləri çıxarılır!Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanın Zvartnots hava limanından rus sərhədçilərin çıxarılması ilə bağlı Moskvaya müraciət barədə açıqlama yayıb.

O, bu barədə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bu məsələ ilə bağlı Təhlükəsizlik Şurası katibinin bəyanatını təsdiq edərək, Rusiyanın məlumatlandırıldığını bildirib:

“İlkin olaraq bir sıra məntəqələrdə, o cümlədən Zvartnots hava limanında rus sərhədçilərin iştirakının müstəqil Ermənistana yardım məqsədi daşıdığı və onların ölkənin bu yardıma ehtiyac duyduğu müddətcə qalması, daha sonra İrəvan öz institusional imkanlarına malik olduqda, bu funksiyaları özünün həyata keçirməsi planlaşdırılıb. İndi hesab edirik ki, Ermənistan institusional olaraq, aeroportun özündə sərhəd xidmətini həyata keçirə bilir. İnanıram ki, Rusiya üçün bu kifayət edəcək və məsələ öz həllini tapacaq”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər