Sizin Reklam Burada

Navalnı təbii ölümlə öldü, gec-tez həyat bitir - Narışkin

Navalnı təbii ölümlə öldü, gec-tez həyat bitir - NarışkinXarici Kəşfiyyat Xidmətinin rəhbəri müxalifət liderinin ölümünə münasibət bildirib.

Avrasiya.net xəbər verir ki, Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin “Soloviev Live” YouTube kanalına müsahibəsində bildirib ki, müxalif siyasətçi Aleksey Navalnı həbsxanada təbii səbəblərdən dünyasını dəyişib. Kəşfiyyat xidmətinin rəhbərinin sözlərinə görə, fərqli versiyanı təsdiq edəcək başqa faktlar yoxdur.

Narışkin həmçinin bildirib ki, Qərb ölkələri Navalnının “tabutu ətrafında şeytani rəqslər” ediblər. Üstəlik, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri hesab edir ki, Avropa və ABŞ siyasətçinin ölümünə “əxlaqsız, əsassız" reaksiya verib.

Xatırladaq ki, Aleksey Navalnı fevralın 16-da Yamalo-Nenets Muxtar Dairəsinin Xarp kəndindəki 3 saylı həbsxanada dünyasını dəyişib. Rəsmi versiyaya görə, o, gəzintiyə çıxarkən özünü pis hiss edib, daha sonra siyasətçidə qan laxtalanıb. Navalnının 47 yaşı var idi.
.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər