Eskişehirdə Xocalı qurbanları anılıb
Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə Xocalı soyqırımını 32-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Əvvəlcə Xocalıda həlak olanların əziz xatirəsi ehtiramla yad edilib. Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Tədbirin aparıcısı Eskişehirdə təhsil alan azərbaycanlı tələbə Fidan Hüseynli tədbir iştirakçılarını salamlayaraq soyqırm barədə məlumat verib.
F.Hüseynli ilə yanaşı Eskişehirdə təhsil alan digər azərbaycanlı tələbə Turan Novruzlu Xocalıyla bağlı şeirlər səsləndirdilər. Daha sonra Xocalı soyqırımından bəhs edən videoçarx nümayiş olunub. Dərənəyin sədr müavini Sirac Yaquboğlu və professor Gökhan Güneysu mərasimdə məryzə ilə çıxış ediblər. Natiqlər ermənilırin Xocalıda törətdikləri vandalizmini və soyqırımı cinayətlərinin beynəlxalq hüquqda əhəmiyyətindən danışıblar.
Sonda dərnəyin rəhbəri Cavid Aydın tərəfindən məruzəçilərə plaket təqdim olunub.