Ermənistan Təbrizdə konsulluq açır
Dərc olunub:
24-02-2024, 12:14
İranın Təbriz şəhərində Ermənistanın Baş Konsulluğunun açılması üçün hazırlıq işləri aparılır.
Avrasiya.net xəbər verir ki, bunu “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq Ermənistan Xarici İşlər Nazirliyi bildirib.
“Məlumat veririk ki, indi hazırlıq işləri gedir. Müvafiq olaraq növbəti dəyişikliklər barədə əlavə məlumat veriləcək”, - XİN-dən qeyd ediblər.