Sizin Reklam Burada

Navalnının ölümü haqda məlumat üçün 100 min avro ayrıldı

Navalnının ölümü haqda məlumat üçün 100 min avro ayrıldıAleksey Navalnının tərəfdarlarının siyasətçinin ölümü ilə bağlı məlumat üçün vəd etdikləri mükafatın məbləği 100 min avroya yüksəlib.

Axar.az xəbər verir ki, bunu Navalnının təsis etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondunun direktoru İvan Jdanov deyib.

Qeyd edilib ki, bundan əvvəl müxalifətçinin həmkarları onun ölümü ilə bağlı məlumat (qətl) və lazım gələrsə, Rusiyadan getməsinin təşkili üçün 20 min avro mükafat təklif etmişdilər.

Təklif təhlükəsizlik qüvvələri, FTX, İstintaq Komitəsi, Daxili İşlər Nazirliyi və Prokurorluğun əməkdaşlarına ünvanlanıb.

“Sizin statusunuz və Aleksey Navalnının siyasi fikirlərini bölüşüb-bölüşməməyinizin əhəmiyyəti yoxdur. Əsas universal prinsiplər var: ananı ələ salıb öldürülən oğlunun meyiti ilə şantaj etmək olmaz. Siz bunu dəstəkləyə bilməzsiniz və etməməlisiniz. İnsanlıq göstərin, oğlunu itirən anaya başsağlığı verin. Putinin mütləq cəhənnəm qəddarlığını və əxlaqsız cinayətlərini dəstəkləməyin”, - fondun direktoru İvan Jdanov videomüraciətində bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər